Nazirlər Kabinetindən gedişhaqqı ilə bağlı TAPŞIRIQ – Metro da qiymətləri qaldırır? - AÇIQLAMA

Nazirlər Kabinetindən gedişhaqqı ilə bağlı TAPŞIRIQ – Metro da qiymətləri qaldırır? - AÇIQLAMA

Hazırda oxunan: Nazirlər Kabinetindən gedişhaqqı ilə bağlı TAPŞIRIQ – Metro da qiymətləri qaldırır? - AÇIQLAMA
97164
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verildiyi kimi Nazirlər Kabineti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə sərnişindaşıma sahəsində təkliflər hazırlamağı tapşırıb. Belə ki, sərnişindaşıma sahəsində fəaliyyət göstərən özəl nəqliyyat şirkətləri ictimai nəqliyyatda mövcud problemlərin aradan qaldırılması, nağdsız ödənişə tam keçidin sürətləndirilməsi, bu sahədə tarif (qiymət) siyasətinə yenidən baxılması barədə müraciət edib.

Tarif siyasətinin yenidən formalaşması fonunda ictimai nəqliyyatda gediş haqqının qaldırılacağı istisna olunmur. Ardınca isə Bakı metrosundakı tariflərə baxılacağı təxmin edilir. 

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Bizim.Media-ya açıqlamasında  qiymət siyasətində yenilənmə ilə bağlı məsələnin gündəmdə olmadığını deyib:

“Metropolitendə gediş haqqının tənzimlənməsi ilə bağlı qurumun hər hansı səlahiyyəti yoxdur.

Ümumiyyətlə “Bakı Metropoliteni “ aidiyyəti üzrə qurumlar qarşısında maliyyə hesabatını dövr olaraq verir və Tarif Şurası da bu mənada istidna deyil.  Qeyd etdiyiniz məsələ hazırda gündəmdə deyil və “Bakı Metropoliteni” bununla bağlı Tarif Şurasına müraciət ünvanlamayıb”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO