Azərbaycanda 9 il həbs alan narkobaron bir neçə aydan sonra azadlığa çıxdı — Müəmmalı hadisə - VİDEO

Azərbaycanda 9 il həbs alan narkobaron bir neçə aydan sonra azadlığa çıxdı — Müəmmalı hadisə - VİDEO

Hazırda oxunan: Azərbaycanda 9 il həbs alan narkobaron bir neçə aydan sonra azadlığa çıxdı — Müəmmalı hadisə - VİDEO
95013
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir neçə il öncə evindən külli miqdarda narkotik vasitələr aşkar olunaraq həbs edilən Salyan rayonunun Qaraçala qəsəbəsinin sakini, 1965-ci il təvəllüdlü Məmmədov Elşən Ağalar oğlu azadlığa çıxdıqdan sonra yenidən köhnə əməlini davam etdirir.

Bizim.Media xəbər verir ki, bununla bağlı Qaraçala qəsəbəsindən olan bir qrup sakin demokrat.az-a müraciət edərək, Elşən Məmmədovun həbs edilməsini tələb edir.

Sakinlərin sözlərinə görə, Elşən Məmmədov Salyanda kütləvi olaraq, gəncləri narkotiklə zəhərləyib məhv edir.

“Elşən Məmmədov 2017-ci ildə külli miqdarda narkotik vasitələrlə həbs olunub, evindən 10 kiloqrama yaxın narkotik maddələr aşkar olunub. Bu qədər ağır cinayətlər törətməsinə baxmayaraq, Elşən Məmmədov bir neçə ay sonra naməlum səbəblərdən azadlığa buraxılıb.

Ona Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il həbs verilsə də, bir neçə aydan sonra Şirvan Appelsiya Məhkəməsinin qərarı ilə azadlığa çıxıb.
Hazırda yenə narkotik alverçisi kimi fəaliyyət göstərir, övladlarımızı kütləvi şəkildə narkotikə aludə edir”, - deyə Qaraçala sakinləri bildiriblər.

Sakinlərin iddiasına görə, Elşən Məmmədov Bakıda yüksək vəzifədə işləyən həmkəndlisi tərəfindən himayə olunur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO