Xaçmaz şəhidi son mənzilə yola salındı – FOTO  

Xaçmaz şəhidi son mənzilə yola salındı – FOTO  

Hazırda oxunan: Xaçmaz şəhidi son mənzilə yola salındı – FOTO  
93778
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xaçmaz rayonu bu gün şəhidi ilə vidalaşıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun ucqar Əbilyafaq kəndində təntənə ilə qarşılanan 33 yaşlı hərbi qulluqçunun nəşi çox böyük izdihamla kənd qəbristanlığına aparılıb.  

Rayon İH, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, qazilər və şəhid ailələrinin qatıldığı dəfn mərasimində şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verilib. 

Xaçmaz İH başçısı Elnur Rzayev şəhidin doğmalarına  bildirib ki, Elnur kimi oğullar torpağımıza müdaxilənin qarşısını aldılar, canlarını qurban verdilər, belə övladlarla yalnız qürur duymaq olar.
Qeyd edək ki, 33 yaşlı Elnur Rüstəmovun özündən nişanə 3 oğlu əmanət qaldı. Qeyd edək ki, sentyabrın 13-ü gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində sərhəddə toqquşmalar baş verib. Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, hərbi toqquşmalarda Azərbaycan Ordusu 50 şəhid verib.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO