DİN-in radiosu yeni layihəyə başlayır

DİN-in radiosu yeni layihəyə başlayır

Hazırda oxunan: DİN-in radiosu yeni layihəyə başlayır
93238
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Daxili İşlər Nazirliyi (DİN) radiosu yeni layihəyə başlayır.

Bizim.Media xəbər verir ki, yol hərəkəti ilə bağlı DİN-in səlahiyyətlərinə aid olan mövzular ətrafında sentyabr ayının 12-dən etibarən həftədə 5 gün olmaqla 2 saat ərzində saat 18:00-20:00 aralığında "Qaydaları pozma” adlı yeni layihəyə Avto Fm 107.7 dalğasında start verilir.

Veriliş radionun sosial şəbəkə səhifələrində də canlı olaraq yayımlanacaq.

Hər gün ictimaiyyəti maraqlandıran bir mövzu ilə yanaşı efirə ünvanlanan suallar cavablandırılacaq, əlavə olaraq yol polisinin fəaliyyəti ilə bağlı şikayətlər birbaşa icraya yönləndiriləcək, digər yəni səlahiyyət dairəsində olmayan məsələlər isə aidiyyəti üzrə səlahiyyətli qurumlara göndəriləcək.

Layihə ötən mövsümdə həftədə iki gün 1 saat olmaqla efirə çıxıb, lakin böyük maraq və sosial media üzərindən cəmiyyətin müsbət mövqeyi qeyd olunan platformada bu işin genişləndirilməsini və daha fərqli formada təqdim esilməsini şərtləndirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO