
- A-
- A
- A+
Cəmiyyət
08:22 / 11.09.2022
1 dəq oxunma
Samux qəzasında xəsarət alan daha bir sərnişin öldü
Hazırda oxunan: Samux qəzasında xəsarət alan daha bir sərnişin öldü
93171
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Dünən Samux rayonunda baş verən ağır qəzada xəsarət alaraq xəstəxanaya yerləşdirilənlərdən biri də vəfat edib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, ölən şəxs 1963-cü il təvəllüdlü İlqar Yusif oğlu Əsgərovdur.
Xatırladaq ki, ötən gün Samuxun Yeni Kür qəsəbə yolunda hərəkətdə olan su daşıyan ZİL markalı avtomobillə “VAZ 2106" markalı minik maşını toqquşmuşdu.
Qəza zamanı minik avtomobilinin sərnişini, 1953-cü il təvəllüdlü Knyaz Mustafayev hadisə yerində dünyasını dəyişmiş, 2 nəfər xəsarət almışdı.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim Media, Qərb bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































