14 bıçaq yarası alan qadın möcüzə nəticəsində xilas edildi - VİDEO

14 bıçaq yarası alan qadın möcüzə nəticəsində xilas edildi - VİDEO

Hazırda oxunan: 14 bıçaq yarası alan qadın möcüzə nəticəsində xilas edildi - VİDEO
92549
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yasamal rayonu ərazisində 1997-ci il təvəllüdlü Nuridə Əhmədovanın əri tərəfindən çoxsaylı bıçaq zərbələri (azı 14) alması onun həyatına ciddi risk yaratmışdı. Hadisəyə ilk müdaxilə  “Olimp Hospital”dan gəlib.

Belə ki, hospitalın yaxınlığında baş verən faciəvi hadisəni xəstəxananın həkimi Vahid İsmayılov və digər tibbi heyəti görüb və hadisə yerinə dərhal yaxınlaşaraq, qanaxmanı dayandırmaq üçün ilkin müdaxilə ediblər. 

Bizim.Media “iqtisadiyyat.az” saytına istinadən xəbər verir ki, bu müdaxilənin ardından vaxt itirmədən qadın tibbi heyət tərəfindən əməliyyatxanaya aparılıb.

Boyun, qarın boşluğu, qol və üz nahiyələrindən xəsarət alan qadında ciddi qan itkisi olmasına baxmayaraq "Olimp Hospital"ın peşəkar həkim heyəti sayəsində 7 saatlıq çətin keçən əməliyyatdan sonra həyata qaytarmaq mümkün olub.

Əməliyyat “Olimp Hospital”ın rəhbət heyəti - Samir Şükürov - Baş direktor, Səməd Səmədov - Baş həkim Əməliyyat, Vahid İsmayılov - Uroloq, İlyas Həsənov - İnvaziv radioloq, Anar Məmmədov - Ümumi cərrah, Nicat Səttarov - Travmatoloq-Ortoped, Araz Əliyev - Baş-boyun cərrahı, Mirəli Məcidov - Ürək-damar cərrahı, Ələsgər Ağayev - Anestezioloq-Reanimatoloq iştiraki ilə həyata keçirilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO