"Açıq mikrofon" bu dəfə Daşkəsəndə quruldu - FOTO

Hazırda oxunan: "Açıq mikrofon" bu dəfə Daşkəsəndə quruldu - FOTO
91804
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bəzi abonentlər tərəfindən müraciət ünvanlamağın ən asan yolu sayılan “Açıq mikrofon” aksiyası bu dəfə Daşkəsən rayonunda baş tutub.

Bizim.Media "Azəriqaz"a istinadən xəbər verir ki, aksiyada diqqət çəkən məqamlardan biri Kəmalə Cəfərovanın xahişi olub. O, yataqxana tipli yaşayış binasının qazlaşdırılması barədə müraciətlə çıxış edib. 

Digər müraciətlərdən 7-si isə Daşkəsən rayonunun Qabaqtəpə, Əmirvar, Gurbulaq, Muşavaq, Əhmədli, Dardərə, Zəylik, Çovdar və Dəstəfur kəndlərinin qazlaşdırılması barədə olub. 

“Səyyar qəbul otağı”nın sonuncu 4 müraciətin məğzini isə Lamiyyə Hacızadə, Asəf Abbaszadə və İlqar Qasımovun fərdi yaşayış evlərində istismarda olan sonradan ödənişli (mexaniki tipli) qaz sayğaclarının əvvəlcədən ödənişli (smart-kart tipli) qaz sayğacları ilə əvəz olunması təşkil edib.

Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO