Arvadını güllələyərək öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA 

Arvadını güllələyərək öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA 

Hazırda oxunan: Arvadını güllələyərək öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA 
90660
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bərdə rayonunda arvadını öldürməkdə təqsirləndirilən Təbriz Orucovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb. 

Bizim.Media xəbər verir ki, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Cinayət işi Nural Əliyevin sədrliyi ilə araşdırılacaq. 

Report.az-ın məlumatına görə, Məhkəmənin hazırlıq iclası sentyabrın 8-nə təyin edilib. 

Qeyd edək ki, bu il mayın 25-i saat 09 radələrində Bərdə rayonu, Hacallı kənd sakini 1995-ci il təvəllüdlü Xasa Orucovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri, 1996-cı il təvəllüdlü Təbriz Orucovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xasa Orucovaya ov tüfəngindən atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Təbriz Orucov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO