"Snayper həddi" müsabiqəsinin bağlanış mərasimi keçirildi - FOTO

Hazırda oxunan: "Snayper həddi" müsabiqəsinin bağlanış mərasimi keçirildi - FOTO

90644

"Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində İran İslam Respublikasının Yəzd şəhərində keçirilən “Snayper həddi” müsabiqəsinin bağlanış mərasimi keçirilib.

Bizim.Media Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, mərasimdə müsabiqədə iştirak edən ölkələrin heyətləri, hərbi attaşelər, kütləvi informasiya vasitələrinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Çıxışlar zamanı qeyd olunub ki, "Snayper həddi" müsabiqəsinin keçirilməsində əsas məqsəd döyüş hazırlığının artırılması, habelə iştirakçı ölkələr arasında bu sahədə təcrübə mübadiləsinin aparılmasıdır.
Bağlanış mərasimində milli musiqilərdən ibarət bədii hissə nümayiş etdirilib.

Qalib komandalara kubok, medal və qiymətli hədiyyələr təqdim olunub, "Snayper həddi” müsabiqəsi bağlı elan edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO