\

\"Snayper həddi\" müsabiqəsi davam edir - FOTO

Hazırda oxunan: \"Snayper həddi\" müsabiqəsi davam edir - FOTO

90458

İranın Yəzd şəhərində keçirilən "Snayper həddi" müsabiqəsi davam edir.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, avqustun 25-də müsabiqənin üçüncü mərhələsi üzrə tapşırıqlar yerinə yetirilib.

Mərhələnin ilk çalışmasının tələblərinə uyğun olaraq komanda şəklində fəaliyyət göstərən snayperlərimiz 300-600 metr məsafədə peyda olunan hədəfləri sərrast atəşlə məhv ediblər.

Növbəti çalışma zamanı birinci snayper cütlüyü 150-200 metr aralıqda olan hədəfə atəş açılması, eləcə də silahlarla 300 metrlik məsafənin qaçaraq dəf edilməsi tapşırıqlarını yerinə yetiriblər.
Daha sonra ikinci snayper cütlüyü 300-600 metr məsafədə peyda olan xüsusi hədəfləri məhv etməkdə bacarıqlarını nümayiş etdiriblər.

Müsabiqə iştirakçıları qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO