Vətən müharibəsi iştirakçısı

Vətən müharibəsi iştirakçısı "Azəriqaz" rəhbərliyindən İŞ İSTƏDİ - FOTO

Hazırda oxunan: Vətən müharibəsi iştirakçısı "Azəriqaz" rəhbərliyindən İŞ İSTƏDİ - FOTO
89908
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Torpaqlarımızın azadlığı uğrunda gedən Vətən müharibəsinin iştirakçısıyam. Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Müharibə veteranı kimi sizdən xahiş edirəm ki, SOCAR "Azəriqaz" İstehsalat Birliyində müvafiq işlə təmin olunmağımda mənə köməklik göstərəsiniz".

Bizim.Media xəbər verir ki, bu sözləri Şamaxı rayonunun Məlikçobanlı kənd sakini Eltac Heydərov bu gün keçirilən "Açıq mikrofon" aksiyası zamanı bildirib. 

Birliyin Ağsu Regional qaz istismarı İdarəsinin rəisi Osman Behbudov işə qəbul prosesi ilə bağlı Vətən müharibəsi iştirakçısına ətraflı məlumat verib.

Görüşə Hacıqədirli, Nağaraxana, Məlikçobanlı, Quşçu və Qəleybuğurd kəndlərindən qatılan sakinlər qapı keçidinin quraşdırılması, küçə qaz xəttinin çəkilişi, işə qəbul, fərdi qazlaşma ilə bağlı müraciət ediblər.
Regional İdarənin rəhbərliyi tərəfindən hər bir vətəndaş fərdi qaydada dinlənilib, qeydlər aparılaraq sakinlərə lazımi məlumatlar verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO