Azərbaycan snayperləri beynəlxalq təlimdə - FOTO 

Azərbaycan snayperləri beynəlxalq təlimdə - FOTO 

Hazırda oxunan: Azərbaycan snayperləri beynəlxalq təlimdə - FOTO 

89786

"Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsində iştirak edən komandalar ikinci mərhələnin növbəti çalışmalarını yerinə yetiriblər.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, çalışmanın şərtlərinə uyğun olaraq snayper cütlükləri əvvəlcə 25 metrədək məsafədə yerləşən hədəflərə tapançadan, daha sonra 800 metr məsafədə yerləşən xüsusi hədəflərə snayper tüfənglərindən atəş açıblar. 

İran İslam Respublikasının Yəzd şəhərində keçirilən müsabiqədə növbəti çalışma zamanı hərbi qulluqçularımız 200-300 metr məsafədə yerləşən üç hədəfi məhv edərək qarşıya qoyulan tapşırıqların öhdəsindən bacarıqla gəliblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO