Dövlət Proqramı ilə xaricdə təhsil alanlarla bağlı VACİB XƏBƏR

Dövlət Proqramı ilə xaricdə təhsil alanlarla bağlı VACİB XƏBƏR

Hazırda oxunan: Dövlət Proqramı ilə xaricdə təhsil alanlarla bağlı VACİB XƏBƏR
89762
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair 2022-ci il üzrə ikinci sənəd qəbulu aparılır.

Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, proqrama sentyabrın 1-dək müraciət etmək olar.

Sənəd qəbulunda nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.
Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsilinə müraciət üçün tələb olunan sənədlərin siyahısı, elan və qeydiyyat linki Elm və Təhsil Nazirliyinin saytında yerləşdirilib.

Əlavə sual yarandığı zaman FAQ/MVS və ya [email protected] mail ünvanına müraciət etmək olar.

Qeyd edək ki, proqram iştirakçılarının təhsili Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO