"Snayper həddi"ndə növbəti mərhələ başladı - FOTO

Hazırda oxunan: "Snayper həddi"ndə növbəti mərhələ başladı - FOTO

89588

"Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində İranın Yəzd şəhərində keçirilən
"Snayper həddi" müsabiqəsində ikinci mərhələnin epizodlarının icrası üzrə sıralamanı müəyyənləşdirmək məqsədilə püşkatma keçirilib.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, püşkatmanın nəticələrinə əsasən Azərbaycan komandası çalışmaları yeddinci sırada yerinə yetirəcək.

Daha sonra müsabiqənin planına uyğun olaraq ikinci mərhələyə hazırlıq prosesinə start verilib.

Hərbi qulluqçular tapançalardan sınaq atışları həyata keçiriblər.

Qeyd edək ki, beynəlxalq müsabiqənin ikinci mərhələsində snayperlər cütlük şəklində mübarizə aparacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO