“Artilleriya atəşinin ustaları” müsabiqəsinin sonuncu mərhələsi icra OLUNDU - FOTO

“Artilleriya atəşinin ustaları” müsabiqəsinin sonuncu mərhələsi icra OLUNDU - FOTO

Hazırda oxunan: “Artilleriya atəşinin ustaları” müsabiqəsinin sonuncu mərhələsi icra OLUNDU - FOTO
89566
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qazaxıstan Respublikasının Qvardiya qarnizonunda 9 ölkənin iştirakı ilə keçirilən "Artilleriya atəşinin ustaları” müsabiqəsinin sonuncu mərhələsi icra olunub.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, estafet yarışında komandamızın hər iki heyəti peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən bacarıqla gəliblər.

Hərbi qulluqçularımız növbəli şəkildə maneələr zolağını və minalanmış ərazini keçib, pulemyot, minaatan, qumbaraatan və avtomatlardan təyin olunan hədəfləri sərrast atəşlə məhv ediblər.

Mərhələni müvəffəqiyyətlə başa vuran artilleriyaçılarımız hakimlər komissiyasının qərarına əsasən müsabiqədə üçüncü yerə layiq görülüblər. Birinci və ikinci yerləri isə müvafiq olaraq Qazaxıstan və Rusiya komandaları tutub.
Qeyd edək ki, avqustun 23-də “Artilleriya atəşinin ustaları” müsabiqəsinin bağlanış mərasimi keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO