Lənkəranda vətəndaşların sualları cavablandırıldı - FOTO

Lənkəranda vətəndaşların sualları cavablandırıldı - FOTO

Hazırda oxunan: Lənkəranda vətəndaşların sualları cavablandırıldı - FOTO
89501
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

SOCAR "Azəriqaz" İstehsalat Birliyinin təqvim planına uyğun olaraq, növbəti “Açıq mikrofon” aksiyası Lənkəran şəhərində keçirilib.

Bizim.Media xəbər verir ki, aksiyada  16 sakin iştirak edib. Qazlaşma, sonradan ödənişli qaz sayğacının əvvəlcədən ödənişli sayğacla əvəzlənməsi, qaz xəttinin eləcə də qaz sayğacının yerinin dəyişdirilməsi ilə bağlı vətəndaşlar tərəfindən qaldırılan məsələlər Lənkəran RQİİ-nin rəhbərliyi tərəfindən cavablandırılıb, icrası qısa müddətdə mümkün olan müraciətlərin həllinə dair yerindəcə tapşırıq verilib.

Vətən müharibəsi qazisi, ehtiyatda olan zabit Emil Bəqiyev bu kimi aksiyaların təşkilinə görə Birliyin baş direktoruna öz təşəkkürünü bildirərək səhhəti ilə bağlı müvəqqəti yaşadığı Lənkəran rayonu Daşdatürk kəndi ərazisində onun üçün ayrılmış yaşayış sahəsinin qazlaşdırılmasını xahiş edib.
Digər Vətən müharibəsi qazisi Aqil Nuriyev istehlak etdiyi təbii qaza görə debitor borcun hissə-hissə ödənişinə şərait yaradılması üçün mənzilinə smart-kart tipli qaz sayğacının quraşdırılmasını xahiş edib. 

Aksiyaya üz tutan Digah qəsəbə sakinləri yaşadıqları yeni yaşayış massivinin qazlaşdırılması ilə bağlı müraciət ediblər. 

Daxil olan hər bir müraciət qeydiyyata alınaraq aidiyyatı üzrə yönləndirilib.

Bizim.Media

Lənkəranda vətəndaşların sualları cavablandırıldı - FOTO - foto 1
Lənkəranda vətəndaşların sualları cavablandırıldı - FOTO - foto 2
Lənkəranda vətəndaşların sualları cavablandırıldı - FOTO - foto 3
Lənkəranda vətəndaşların sualları cavablandırıldı - FOTO - foto 4

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO