Azərbaycan hərbçiləri

Azərbaycan hərbçiləri "Snayper həddi"ndə iştirak edirlər - FOTO

Hazırda oxunan: Azərbaycan hərbçiləri "Snayper həddi"ndə iştirak edirlər - FOTO
89494
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avqustun 19-da İran İslam Respublikasının Yəzd şəhərində keçirilən “Snayper həddi” beynəlxalq müsabiqəsinin təntənəli açılış mərasimi olub.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, mərasimdə iştirakçı ölkələrin nümayəndə heyətləri, hərbi attaşelər, kütləvi informasiya vasitələrinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

İran İslam Respublikasının Dövlət Himninin ifası ilə tədbir açıq elan edildikdən sonra müsabiqəyə qatılan komandaların təntənəli keçidi olub.

Çıxış edənlər “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsinin başlaması münasibətilə yarış iştirakçılarını təbrik edib, komandalara uğurlar arzulayıblar.

Vurğulanıb ki, bu cür müsabiqələrin keçirilməsi döyüş qabiliyyətinin və praktiki bacarıqların artırılması ilə yanaşı, həm də ölkələrarası münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır.
Qeyd edək ki, İran İslam Respublikasında keçirilən "Snayper həddi" müsabiqəsində iştirak edən hərbi qulluqçularımız Belarus, Çin, İran, Özbəkistan, Rusiya və Zimbabveni təmsil edən komandalar ilə mübarizə aparırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO