İşğaldan azad edilən ərazilərə marşrutlar açılacaq

İşğaldan azad edilən ərazilərə marşrutlar açılacaq

Hazırda oxunan: İşğaldan azad edilən ərazilərə marşrutlar açılacaq
8863
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İşğaldan azad edilən şəhər və rayonlara marşrutların açılması üzrə pasportlar hazırlanaraq, daşıyıcıların müəyyən edilməsi üçün qanunauyğun müsabiqələrin keçirilməsinə dair hazırlıq işlərinin təşkil edilməsi ilə bağlı müvafiq əmr artıq hazırlanıb.

Bizim.Media-nın məlumatına görə, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin illik hesabatında qeyd olunub.

Bildirilib ki, 2020-ci ilin yanvar ayında işğal altından azad olunan Cocuq-Mərcanlıya ilk marşrut xəttinin açılışı təmin edilib:

''Azərbaycan tarixinin şanlı qələbəmiz ilə yekunlaşan 44 günlük Vətən müharibəsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 6 əməkdaşı döyüşlərdə şücaət göstərib''.

''Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili" MMC-nin hüquqşünası Anar Əhmədov ölkə başçısının sərəncamı ilə Silahlı Qüvvələrin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib''.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO