Binəqədi qəsəbəsində 4 küçənin təmirinə başlanıldı - FOTO

Binəqədi qəsəbəsində 4 küçənin təmirinə başlanıldı - FOTO

Hazırda oxunan: Binəqədi qəsəbəsində 4 küçənin təmirinə başlanıldı - FOTO
86728
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Binəqədi rayonunun Binəqədi qəsəbəsində 4 küçənin təmirinə başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, qəsəbə üzrə 5,5 km küçə və yolun təmiri nəzərdə tutulurdu ki, bu istiqamətdə hazırda təmir işlərinin qəsəbənin ümumi uzunluğu 2,4 km olan 4 küçəsində aparılmasına start verilib.

Təmirinə başlanılan küçələr Əliheydər Qarayev, Ağamirək İsfahani, Mikayıl Ələkbərov və Cəfər Cabbarlı küçələridir. Sözügedən küçələr torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Binəqədi rayonu üzrə ümumi uzunluğu 13.06 km təşkil edən küçə və yolun təmiri işləri aparılır.

Agentlik ötən il Binəqədi rayonu üzrə 15.4 km uzunluğa malik küçə təmir edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO