Bakı metrosu iş rejimini dəyişdi

Bakı metrosu iş rejimini dəyişdi

Hazırda oxunan: Bakı metrosu iş rejimini dəyişdi
86636
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçirəcəyi beynəlxalq oyunla əlaqədar Bakı metropoliteninin “Gənclik” stansiyasının iş rejimində dəyişikliklər ediləcək.

Bakı metropolitenindən Bizim.Media-ya verilən məlumata görə, bu stadionda keçirilən kütləvi tədbirlərlə bağlı Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, stansiyada qarşılaşma ərəfəsində gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Saat 20:00-da başlanacaq oyuna yollanacaq sərnişinlərin yönləndirilməsi, rahatlığı və təhlükəsizliyini təmin etmək məqsədilə növbətçilik cədvəli üzrə stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq.

Bundan savayı, “Nəriman Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri nəzərdə tutulacaq.

Gün ərzində qatarların hərəkəti yay qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək. Lakin futbol matçına azarkeş marağını nəzərə alaraq, sərnişinlərin oyun başa çatdıqdan sonra mənzil başına çatması üçün təhlükəsiz və rahat daşınması məqsədilə bəzi tədbirlər də həyata keçiriləcək. Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılması üçün hazır vəziyyətdə saxlanılacaq.
Qeyd edək ki, avqustun 3-də Bakıda "Qarabağ" "Ferentsvaroş"a qarşı ilk görüşünü keçirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO