Faktiki hava: Şimşək çaxıb, yağış yağıb

Faktiki hava: Şimşək çaxıb, yağış yağıb

Hazırda oxunan: Faktiki hava: Şimşək çaxıb, yağış yağıb
85161
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb.

Bizim.Media Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, iyulun 24-ü saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.

Düşən yağışın miqdarı: Sarıbaşda (Qax) 14.0 mm, Qusarda 11.0 mm, Qəbələ, Qubada 5.0 mm, Altıağacda 4.0 mm, Kişçay (Şəki), Göyçayda 2.0 mm, Göygöl, Xaltan, Oğuz, Zaqatala, Qrız, Salyan, Şabranda 1.0 mm-dək olub.

Külək: Şimal-qərb küləyi arabir Gəncədə 23 m/s, Naftalanda 22 m/s, Tovuz, Bərdədə 18 m/s, Mingəçevirdə 16 m/s-dək güclənib.

Havanın maksimal temperaturu: Bakıda iqlim norması daxilində olub, Bakıda və Abşeron yarımadasında 30°-dək isti, Naxçıvan MR-da 39°-dək isti, dağlıq rayonlarda 23°-dək isti, aran rayonlarında 33°-dək isti olub.

Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti iyulun 25-i gündüzədək davam edəcək.

26-27-də əksər rayonlarda əsasən yağmursuz keçəcək, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi üstünlük təşkil edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO