Ötən sutkada neçə nəfər xilas olunub? - FHN AÇIQLADI

Ötən sutkada neçə nəfər xilas olunub? - FHN AÇIQLADI

Hazırda oxunan: Ötən sutkada neçə nəfər xilas olunub? - FHN AÇIQLADI
85060
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Bizim.Media FHN-ə istinadən xəbər verir ki, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 62 yanğın və 1 partlayışa çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 1 nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib,

Astara rayonunda su kanalına düşən "Mercedes" markalı minik avtomobilindən sürücü 1988-ci il təvəllüdlü Nəsirov İdrak Təbriz oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin, Sabunçu rayonunda yanğınla nəticələnən partlayış zamanı 1 nəfər xəsarət alıb.
Bundan başqa, Lənkəran şəhərinin Tükəvilə kəndi ərazisində naməlum şəraitdə itkin düşmüş 1982-ci il təvəllüdlü İbrahimova Fəxriyyə Söhbət qızının axtarışlarına xilasetmə qüvvələri cəlb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO