"Snayper hazırlığı" kursu başa çatdı

Hazırda oxunan: "Snayper hazırlığı" kursu başa çatdı

83927

Cari ilin döyüş hazırlığı planına əsasən Quru Qoşunlarında keçirilən “Snayper hazırlığı” kursu başa çatıb.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, kurs müddətində snayper tüfənglərinin taktiki-texniki xüsusiyyətlərinə yiyələnən hərbi qulluqçular atəş hazırlığı üzrə praktiki vərdişlərini təkmilləşdiriblər.

Atəş mövqeyinin seçilməsi, maskalanma, müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi və digər tapşırıqlar snayperlər tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilərək müvəffəqiyyətlə yerinə yetirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO