Füzulinin azad edilmiş kəndində yanğın olub

Füzulinin azad edilmiş kəndində yanğın olub

Hazırda oxunan: Füzulinin azad edilmiş kəndində yanğın olub
82385
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Füzuli rayonunun işğaldan azad edilmiş Aybasanlı kəndinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. 

Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının açıq ərazidəki quru ot və kol-kos sahədə baş verdiyi və bilavasitə yaxınlıqda yerləşən əkin sahələrinə keçmə riskinin mövcud olduğu müəyyən edilib. 
Yanğınsöndürənlər tərəfindən görülən təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğının daha geniş əraziyə yayılmasına və əkin sahələrinə keçməsinə imkan verilmədən söndürülməsi təmin olunub.

Yanğın nəticəsində açıq ərazidə ümumilikdə 25 hektar sahədə quru ot və kol-kos yanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO