Azərbaycan Ordusunun Mühəndis Qoşunlarında TƏLİM – FOTO-VİDEO

Azərbaycan Ordusunun Mühəndis Qoşunlarında TƏLİM – FOTO-VİDEO

Hazırda oxunan: Azərbaycan Ordusunun Mühəndis Qoşunlarında TƏLİM – FOTO-VİDEO
82160
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən mühəndis ixtisaslı zabit heyətinin bilik və bacarıqlarının artırılması məqsədilə təlim-metodiki toplanış keçirilib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Toplanışda azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, yol infrastrukturunun inkişaf etdirilməsi üzrə Mühəndis Qoşunlarında görülən işlər və bu istiqamətdə digər tapşırıqların müvəffəqiyyətlə icra olunması üçün hərbi qulluqçuların üzərinə düşən vəzifələrdən danışılıb.

Keçirilən məşğələlərin planına əsasən şəxsi heyətə silahlanmada olan müasir mina əleyhinə qoruyucu istehkam kostyumları, minaaxtaranlar, partlamayan piyada və tank əleyhinə mühəndis maneələrinin nümunələri nümayiş etdirilib.
İstehkamçılara fərdi və mexaniki mina axtaran cihazlardan ibarət tədris bazaları və onlardan istifadə qaydaları izah edilib.

Təlim-metodiki toplanışların keçirilməsində əsas məqsəd zabitlərin mühəndis ixtisası üzrə praktiki vərdişlərinin daha da artırılmasıdır.

Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO