Paytaxtda dini şüarlar yazan 18 yaşlı gənc tutulub – FOTO  

Paytaxtda dini şüarlar yazan 18 yaşlı gənc tutulub – FOTO  

Hazırda oxunan: Paytaxtda dini şüarlar yazan 18 yaşlı gənc tutulub – FOTO  
81644
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda binaların divarlarına dini məzmunlu yazılar yazan 18 yaşlı oğlan həbs olunub. 

Bizim.Media xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi 5-ci polis bölməsinin əməkdaşları Atatürk prospekti 62A və digər ünvanlarda binaların divarına siyasi-dini məzmunlu "Vəhabilərə Lənət", "Allahı söyən qeyrətsizdir", "Hicaba azadlıq", "İsrail məhv olacaq" kimi şüarlar yazan şəxsi müəyyən ediblər. 

Polis əməkdaşları anti-təbliğat yönümlü yazılar yazan və əlində boya olan bir nəfər şəxsi görüb ona yaxınlaşıblar.  

Polislər özlərini təqdim etdikdən sonra həmin şəxsi Binəqədi RPİ-nin 5-ci PB-nə dəvət ediblər. Lakin o, polis əməkdaşlarına müqavimət göstərərək, mübahisə etməyə başlayıb və heç bir qanuni tələbə məhəl qoymayaraq bölməyə getməkdən imtina edib.  

Sonra polis əməkdaşları həmin şəxsi Binəqədi RPİ-nin 5-ci PB-nə gətiriblər. Bölmədə onun Zəngilan rayon Əmirxanlı kənd sakini, 2004-cü il təvəllüdlü Sadiq Buludov (şərti ad-soyadlı) olması müəyyən edilib.  
Eyni zamanda, məlum olub ki, o, sosial şəbəkələrdə də radikal formada dini məzmunlu paylaşımlar edib. 

Polis bölməsində S.Buludov barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib. O, Binəqədi Rayon Məhkəməsinə göndərilib. 

Məhkəmənin qərarı ilə S.Buludova 1 ay müddətinə həbs cəzası verilib. 

Bizim.Media

Paytaxtda dini şüarlar yazan 18 yaşlı gənc tutulub – FOTO   - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO