Şirvanda 54 yaşlı kişi bacısını boğub öldürdü

Şirvanda 54 yaşlı kişi bacısını boğub öldürdü

Hazırda oxunan: Şirvanda 54 yaşlı kişi bacısını boğub öldürdü
81271
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verildiyi kimi, 14 mart 2021-ci il tarixdə Şirvan şəhər sakini, 1952-ci il təvəllüdlü  Bəhruzə Rəsulovanın qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Şirvan şəhər prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Şirvan şəhər prokurorluğu yayıb.

Aparılmış istintaqla, zərərçəkmişin qardaşı 1968-ci il təvəllüdlü Alim Rəsulovun yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Bəhruzə Rəsulovanı əlləri ilə boğaraq  qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Alim Rəsulov Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddələsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO