Bakıda hamilə arvadını öldürən şəxsə hökm oxundu – 11 il... 

Bakıda hamilə arvadını öldürən şəxsə hökm oxundu – 11 il... 

Hazırda oxunan: Bakıda hamilə arvadını öldürən şəxsə hökm oxundu – 11 il... 
79644
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda arvadını öldürməkdə təqsirləndirilən Pərvin Ağayevə hökm oxunub. O, 11 il müddətinə azadlıqdan məhrum edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunub. 

Qeyd edək ki, hadisə bu ilin aprelində Nizami rayonu, metronun Qara Qarayev stansiyası yaxınlığında qeydə alınıb. 

Belə ki, P.Ağayev ilə arvadı Şəbnəm İsmayılova arasında dava düşüb. Dava zamanı İsmayılova boğaz və döş qəfəsi nahiyələrindən 3 bıçaq xəsarətləri alıb. Ş.İsmayılova xəstəxanaya yerləşdirilib. Onun hamilə olduğu məlum olub. 
P.Ağayevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə;) maddəsi ilə ittiham irəli sürülüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO