Ərini balta ilə qətlə yetirən qadının məhkəməsi başlayır

Ərini balta ilə qətlə yetirən qadının məhkəməsi başlayır

Hazırda oxunan: Ərini balta ilə qətlə yetirən qadının məhkəməsi başlayır
79136
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ağstafada həyat yoldaşını qətlə yetiməkdə təqsirləndirilən Aynur Abdullayevanın məhkəməsi başlayır. 

Bizim.Media xəbər verir ki, cinayət işinin ibtidai istintaqı yekunlaşaraq, baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İş hakim Nural Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyunun 23-nə təyin edilib. 

Qeyd edək ki, hadisə bu ilin yanvarnda Ağstafa rayonu Dağ Kəsəmən kəndində qeydə alınıb. 
Belə ki, 1985-ci il təvəllüdlü A.Abdullayeva, həyat yoldaşı 1984-cü il təvəllüdlü Elvin Abdullayevi balta ilə qətlə yetirib. 

O, Ağstafa Rayon Polis Şöbəsinə gedərək cinayətini etiraf edib. 

Hadisəni həyat yoldaşı ilə aralarında ailədaxili münaqişə zəminində yaranmış mübahisədən sonra törətdiyini bildirib. A.Abdullayeva E.Abdullayev yatan zaman balta ilə boynundan vuraraq onu öldürdüyünü etiraf edib. 
Qeyd edək ki, ailənin 2 övladı var. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO