Şəkidə oğurluq edən şəxslər saxlanıldı - FOTO

Şəkidə oğurluq edən şəxslər saxlanıldı - FOTO

Hazırda oxunan: Şəkidə oğurluq edən şəxslər saxlanıldı - FOTO
79129
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı rayon ərazisində törədilən bir neçə oğurluq faktının üstü açılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, şəhər ərazisində yerləşən apteklərin birindən mobil telefon, seyf və kassada olan pulun oğurlanması ilə bağlı polis şöbəsinə müraciət daxil olub. 

“İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti əməlini törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər də məhkum olunmuş Ayxan Səlimov tutularaq istintaqa təhvil verilib. 

Saxlanılan şəxsdən oğurladıqları, eləcə də obyektin qapısını açmaqda istifadə etdiyi soyuq silah maddi sübut kimi götürülüb.

Araşdırma zamanı Ayxan Səlimovun digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, onun respublikanın digər şəhər və rayonlarında da bir qayda olaraq apteklərdən oğurluq etdiyi məlum olub.

Keçirilmiş digər bir əməliyyat-istintaq tədbirləri nəticəsində isə fərdi yaşayış evindən ümumilikdə 2300 manat dəyərində mis qazan,samovar, məcmeyi və digər məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Qismət Abdurrəhimov tutulub. Saxlanılan şəxs əməlini etiraf edib və oğurladığı əşyaları əlvan metal qəbulu məntəqəsinə satdığını bildirib.
Faktlarla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, saxlanılan şəxslərin digər qanunazidd əməllərdə iştiraklarının olub-olmaması araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO