Daşkəsəndə güclü leysan - Körpülər dağıldı, avtomobillər çaya düşdü - VİDEO

Daşkəsəndə güclü leysan - Körpülər dağıldı, avtomobillər çaya düşdü - VİDEO

Hazırda oxunan: Daşkəsəndə güclü leysan - Körpülər dağıldı, avtomobillər çaya düşdü - VİDEO
78685
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Daşkəsən rayonuna dolu və güclü leysan yağıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Çanaqçı və Alaxançallı kəndlərində köpülərə, yol, elektrik, rabitə təsərrüfatlarına, fərdi avtomobillərə, əhalinin əkin sahələrinə və yaylaqlarda vətəndaşların mal-qarasına ciddi ziyan dəyib.

Sel suyu Çanaqçı ilə digər kəndi birləşdirən körpünü tamamilə dağıdıb.

Alaxançallı kəndi ərazisində isə sel suyu bir körpünü dağıdıb, kəndlərarası avtomobil yolunun xeyli hissəsini sıradan çıxarıb. Həmçinin, bir neçə avtomobili çay aparıb.
Bir çox ərazilərdə dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yoluna töküldüyündən həmin ərazilərdə nəqliyyatın hərəkəti tam dayanıb.

Hazırda dəymiş ziyanların həcminin müəyyən edilməsi istiqamətində Daşkəsən Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən işlər davam etdirilir.

Qeyd edək ki, təbii fəlakət nəticəsində insan itkisi və xəsarət alan yoxdur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO