Xızıda sürücülərə qarşı soyğunçuluq edən şəxs saxlanıldı

Xızıda sürücülərə qarşı soyğunçuluq edən şəxs saxlanıldı

Hazırda oxunan: Xızıda sürücülərə qarşı soyğunçuluq edən şəxs saxlanıldı
73613
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xızıda sürücülərə qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan bildiirlib.

Belə ki, Xızı Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edən bir nəfər şəxs Sitalçay kəndi ərazisində “Opel” markalı avtomobilin sürücüsü və sərnişinlərinin onu bıçaqla hədələyərək 290 manat pulunu almaları barədə məlumat verib.
Daxil olan müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən həmin avtomobilin sürücüsü, Gədəbəy rayon sakini Vəzir İsmayılov eləcə də, sərnişinləri Oğuz rayon sakini Anar Salahov və Sabirabad rayon sakini İltifat Cəfərov müəyyən edilərək saxlanılıblar.

Araşdırmalar zamanı məlum olub ki, Anar Salahov qadın geyimlərindən və parikdən istifadə etməklə xarici görünüşünü dəyişərək, hərəkətdə olan avtomobilləri saxladıb. Daha sonra isə qrupun digər üzvləri soyğunçuluq əməlini törədiblər.

Saxlanılan şəxslər bundan əvvəl də eyni əməli törətdiklərini etiraf ediblər.

Faktla bağlı Xızı RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO