Zaqatalada yol polisinin REYDİ: Bəzi piyadalar... - FOTO

Zaqatalada yol polisinin REYDİ: Bəzi piyadalar... - FOTO

Hazırda oxunan: Zaqatalada yol polisinin REYDİ: Bəzi piyadalar... - FOTO
73329
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Zaqatalada yol polisi tərəfindən piyadalar arasında intizamın möhkəmləndirilməsi, onların həyat və sağlamlığının qorunması məqsədi ilə şəhər ərazisində nəzarət-profilaktik tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya  verilən məlumata görə, xüsusilə də avtomobillərin intensiv hərəkət etdiyi küçə və prospektlərdə keçirilən tədbirlər zamanı ərazidə yeraltı və yerüstü piyada keçidlərinin olmasına baxmayaraq, bəzi şəxslərin yolu müəyyən edilməyən yerlərdən keçdikləri aşkarlanıb.

Onlarla maarifləndirici söhbətlər aparılıb və yol hərəkətinin təhlükəsizliyi barədə məlumat verilib. Bu kimi qayda pozuntularının həm özləri, həm də digər hərəkət iştirakçılarının sağlamlığı üçün ciddi təhlükə yaratdığı izah olunub.

Edilən xəbərdarlıqlara baxmayaraq təkrar analoji qayda pozuntusu törədən piyadalar barəsində inzibati tənbeh tədbirləri görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO