Dövlət Məşğulluq Agentliyinin 4 əməkdaşı göstərdiyi igidliyə görə medallarla təltif ediliblər - FOTO

Dövlət Məşğulluq Agentliyinin 4 əməkdaşı göstərdiyi igidliyə görə medallarla təltif ediliblər - FOTO

Hazırda oxunan: Dövlət Məşğulluq Agentliyinin 4 əməkdaşı göstərdiyi igidliyə görə medallarla təltif ediliblər - FOTO
7267
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Prezident İlham Əliyevin Sərəncamları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin dörd əməkdaşı Vətən müharibəsində göstərdiyi igidliyə görə medallarla təltif ediliblər.

Onlar Agentliyin 6 saylı ərazi məşğulluq mərkəzinin böyük mütəxəssisi Elşən Tağıyev, 16 saylı ərazi məşğulluq mərkəzinin baş mühasibi İbad Əşrəfli, 15 saylı ərazi məşğulluq mərkəzinin baş mütəxəssisi Ziya Zaidov və 21 saylı ərazi məşğulluq mərkəzinin mütəxəssisi İlqar Topçuyevdir.

Elşən Tağıyev 3 medalla – “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasın görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

İbad Əşrəfli, Ziya Zaidov və İlqar Topçuyev isə “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüblər.

Qeyd edək ki, ümumilikdə Dövlət Məşğulluq Agentliyinin 19 əməkdaşı 44 günlük Vətən müharibəsinin ilk günlərindən mübarizəyə qoşulub və torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib.  

Qəhrəmanlarımızla fəxr edirik!

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO