
- A-
- A
- A+
Yanğının söndürülməsinə mülki müdafiə qoşunları cəlb edildi - YENİ VİDEO
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
FHN-dən Bizim.Media-ya verilən məlumata görə, yanğınla mübarizə tədbirlərinə ümumilikdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub.
MÖVZU İLƏ BAĞLI:
Sumqayıtdakı yanğından yeni görüntülər - Helikopterlər belə işləyir... / VİDEO
Yanğının daha geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































