Xaçmazda Vətən müharibəsi şəhidinin il mərasimi keçirildi - FOTO

Xaçmazda Vətən müharibəsi şəhidinin il mərasimi keçirildi - FOTO

Hazırda oxunan: Xaçmazda Vətən müharibəsi şəhidinin il mərasimi keçirildi - FOTO

70003

Xaçmazda Vətən müharibəsi şəhidi, kəşfiyyatçı snayper Səbuhi Hüseynlinin il mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, o, Vətən Müharibəsinin gedişində, 2020-ci il oktyabrın 26-da başından qəlpə yarası alıb. 155 gün komada qalan hərbçi 2021-ci il aprelin 15-də şəhid olub.

S.Heseynli doğulduğu Xaçmaz rayonun Maqsudkənd qəbristanlığında torpağa tapşırılıb.

Ailə üzvləri, kənd sakinləri, hərbçi dostları bu gün şəhid S.Hüseynlinin məzarını ziyarət edib, xatirəsini hörmətlə anıblar.

Hərbçi yoldaşları S.Hüseynlinin kəşfiyyatçı snayper kimi  döyüşlərdə fəal iştirakından, göstərdiyi igidliklərdən danışıblar.

Qeyd edək ki, şəhid ailəli olub, onun atasının adını daşıyan Babək adlı oğlu var.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO