"Azəriqaz" daha iki qazinin müraciətini təmin etdi - VİDEO

Hazırda oxunan: "Azəriqaz" daha iki qazinin müraciətini təmin etdi - VİDEO

69977

Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi daha iki qazi ailəsinin müraciətini təmin edib.

Bizim.Media xəbər verir ki, Vətən Müharibəsi iştirakçısı, Salyan rayonunun Dayıkənd kənd sakini Əliabbas Qasımov "Azəriqaz"a müraciət edərək ailəsi ilə birgə yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinin yaxınlığından keçən qaz xəttinin və qaz sayğacının yerinin dəyişdirilməsini xahiş edib.

İstehsalat Birliyinin rəhbərliyinin tapşırığı ilə Salyan Regional qaz istismarı İdarəsinin Salyan xidmət sahəsi qazinin müraciətini qısa zamanda təmin edib.

Digər müharibə iştirakçısı, Tərtər rayonunun Suqovuşan kəndində gedən döyüşlərdə yaralanmış Salyan rayonunun Kürsəngi kənd sakini Natiq Mailov isə fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı "Azəriqaz"a müraciət edib.
İstehsalat Birliyinin baş direktorunun göstərişi ilə ev təbii qazla təmin edilərək sayğac quraşdırılıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO