Bakıda bu küçələr bağlanacaq - SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ!

Bakıda bu küçələr bağlanacaq - SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ!

Hazırda oxunan: Bakıda bu küçələr bağlanacaq - SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ!

67389

Şənbə günü, 2 aprel saat 09-00-dan 3 aprel saat 20-00-dək Bakı şəhərinin Azadlıq prospektində təmir işləri aparılacaq.

Bu barədə Bizim.Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Qeyd olunub ki, bununla əlaqədar sözügedən prospektin Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsindən Ziya Bünyadov prospektinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən, Səbail rayonu, Şamil Əzizbəyov küçəsindən Şəmsi Bədəlbəyli küçəsinədək olan hissəsində isə tam məhdudlaşdırılacaq.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, - məlumatda deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO