Cəlilabadda kartof sahələrinin 40 faizinə ziyan dəydi - FOTO

Cəlilabadda kartof sahələrinin 40 faizinə ziyan dəydi - FOTO

Hazırda oxunan: Cəlilabadda kartof sahələrinin 40 faizinə ziyan dəydi - FOTO
66363
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cəlilabadda istixana şəraitində yetişdirilən kartof sahələrinin 40 faizinə ziyan dəyib.

Bizim.Media “Report”a istinadən xəbər verir ki, rayonda aramsız yağışlar əkin, xüsusən kartof sahələrinə ciddi ziyan vurub.

Cəlilabad ərazisindən keçən Mişarçayın daşması səbəbindən Muğan, Maşlıq və köhnə Ələt-Astara magistral yolunun kənarlarında becərilmiş əkin sahələri su altında qalıb. 

Fermerlər deyirlər ki, böyük əziyyətlə, istixana şəraitində becərdikləri kartof sahələrini su basıb. Təsərrüfat işlərinə kifayət qədər vəsait xərcləndiyini bildirən sakinlərin sözlərinə görə, selin əkin sahələrinə ciddi ziyan vurması səbəbindən məhsuldarlıq xeyli aşağı düşüb. 

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun müdiri Mübariz Nadirov bildirib ki, həmin kəndlərdə istixana şəraitində becərilən kartoflar əsasən fərdi təsərrüfatlarda əkilir. Kifayət qədər vəsait tələb edən bu əkin növünün becərilməsində məqsəd məhsulu açıq sahələrə nisbətən satışa daha tez çıxarmaqdır.

Amma indi sahələrin sel suları altında qalması məhsuldarlığın təxminən 50 faiz aşağı düşməsilə yanaşı, satışını da xeyli ləngidəcək. 
Qeyd edək ki, Cəlilabad rayonunda 4 000 hektara yaxın sahədə kartof əkilir. Onun 1 000 hektarı istixanalarda becərilir. Hesablamalara görə, əkin sahələrinin təxminən yarısına ciddi ziyan dəyib. 

Bizim.Medi

Cəlilabadda kartof sahələrinin 40 faizinə ziyan dəydi - FOTO - foto 1
Cəlilabadda kartof sahələrinin 40 faizinə ziyan dəydi - FOTO - foto 2
Cəlilabadda kartof sahələrinin 40 faizinə ziyan dəydi - FOTO - foto 3

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO