Sevgilisini qəbirstanlıqda öldürən oğlanın atası və dostu da tutuldu - 5 il sonra üstü açılan cinayət 

Sevgilisini qəbirstanlıqda öldürən oğlanın atası və dostu da tutuldu - 5 il sonra üstü açılan cinayət 

Hazırda oxunan: Sevgilisini qəbirstanlıqda öldürən oğlanın atası və dostu da tutuldu - 5 il sonra üstü açılan cinayət 
65659
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ağsuda 5 il əvvəl qadını qətilə yetirən şəxsin atası və tanışı tutulub.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci il yanvar ayının 28-də Ağsu şəhər sakini Ayşən Qəhrəmanovanın naməlum şəxs tərəfindən öldürülməsi ilə əlaqədar Ağsu şəhər sakinləri - Bilal Vəliyev, Asif Manafov və atası Arif şübhəli şəxs qismində saxlanılıblar. 
 

MÖVZU İLƏ BAĞLI:

5 il əvvəl itkin düşən qızın meyiti TAPILDI – Sevgilisi öldürüb qəbirstanlıqda gizlədib, sonra isə...


İstintaqla müəyyən edilib ki, Asif Manafov münaqişə zəminində A.Qəhrəmanovanı şəhər ərazisindəki qəbiristanlıqda bıçaqla öldürüb, sonradan atası Arif və B.Vəliyevin köməyi ilə meyiti Kürdəmir rayonunun Kəngərli kəndi ərazisində basdırıblar. 

Qeyd olunan əraziyə baxış zamanı A.Qəhrəmanovanın meyitin qalıqları və geyim əşyaları aşkar edilərək götürülüb. 

Xatırladaq ki, martın 18-də Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumatda A.Qəhrəmanovanın qətlinə görə Asif Manafovun şübhəli şəxs qismində tutulduğu qeyd edilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO