Korrupsiyada ittiham edilən 7 gömrük işçisi azadlığa buraxıldı – Bir əməkdaş həbs edildi

Korrupsiyada ittiham edilən 7 gömrük işçisi azadlığa buraxıldı – Bir əməkdaş həbs edildi

Hazırda oxunan: Korrupsiyada ittiham edilən 7 gömrük işçisi azadlığa buraxıldı – Bir əməkdaş həbs edildi
65116
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı Baş Gömrük İdarəsində keçirilən əməliyyat nəticəsində həbs edilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hakim Əli Məmmədov bildirib ki, məhkəmə ibtidai istintaqın fəaliyyətinə tənqidi yanaşır. Bəzi hallarda sübutlar düzgün qiymətləndirilməyib. Bəzi epizodlarda ittiham tərəfi qanunsuz hallara yol verib. Buna görə, bütün təqsirləndirilən şəxslərə 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə bəraət verilməlidir. 

Təqsirləndirlilən şəxslər dələduzluq yox, rüşvət almada təqsirli bilinsinlər. Həmçinin təqsirləndirilən şəxslərin himayəsində azyaşlı övladlarının olması, ali təhsilli olmaları yüngülləşdirici hal kimi qeydə alınıb. 

Hakim deyib ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 62-ci maddəsinin (sanksiya həddindən daha yüngül cəzanın verilməsi) tətbiq edilməsi ədalətli hesab olunmalıdır. 
Daha sonra prosesdə hökm oxunub. Hökmə əsasən, Elmar Mirzəyev verilmiş maddə ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib. 

Ceyhun Şabanov, Emin Xəlilov, Azər Baxşyev, Orxan Zöhranov, Sadiq İsgəndərov və Rafael Əzizova 9 ay müddətində cəza təyin olunub. Onların cəza müddəti bitdiyi üçün azadlığa buraxılıb. 

Təqsirləndirilən Mirağa Ağayevə isə bütün maddələrlə bəraət verilib. Təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıb. 

Xatırladaq ki, təqsirləndirilən şəxslər Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi əməkdaşları keçirilən əməliyyatla saxlanılıblar. Saxlanılan şəxslər hər biri rüşvət almaqda təqsirli bilinərək barələrində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO