"Eternity-2026" təlimi çərçivəsində Azərbaycanla Gürcüstan nümayəndələri görüşüb

"Eternity-2026" təlimi çərçivəsində Azərbaycanla Gürcüstan nümayəndələri görüşüb

Hazırda oxunan: "Eternity-2026" təlimi çərçivəsində Azərbaycanla Gürcüstan nümayəndələri görüşüb
648653
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Eternity-2026" kompüter dəstəkli birgə komanda-qərargah təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak etmək məqsədilə Gürcüstan Müdafiə Qüvvələri komandanının müavini general-mayor İrakli Çiçinadzenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində qonaqlarla görüşən general-leytenant Azər Əliyev Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələrinin iştirakı ilə keçirilən təlimin regional təhlükəsizlik və hərbi əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
 

Səmimi qəbula və göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən general-mayor İ.Çiçinadze təlimin peşəkarlıqla təşkil olunduğunu diqqətə çatdırıb, bu cür birgə fəaliyyətlərin ordular arasında təcrübə mübadiləsinin genişləndirilməsinə mühüm töhfə verdiyini qeyd edib.


Tərəflər, həmçinin bölgədəki strateji və iqtisadi layihələrin etibarlı mühafizəsinin təşkili, eləcə də qərargahlar arasında operativ əlaqələndirmə məsələlərini müzakirə ediblər.

Sonra nümayəndə heyətinə "Eternity-2026" təliminin məqsədi, mərhələləri və təşkilati işlərlə bağlı görülən tədbirlər barədə ətraflı məlumat verilib.

Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO