Bakıda, Binədəki 136 saylı məktəbdə hücum olub, iki şagird xəsarət alıb.
TƏBİB-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, xəsarət alan şagirdlərə yerində yardım göstərilib.
"Bu gün saat 09:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binə qəsəbəsi, 136 saylı məktəbdən çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib".
Qeyd edilib ki, təcili tibbi yardım briqadası tərəfindən 2 azyaşlıya (kişi cinsli) yerində yardım olunub.
Bizim.Media


































































































