İnzibati bina sökülərək yerində yaşayış binası tikilir...
Bizim.Media xəbər verir ki, Azərbaycan Karlar Cəmiyyəti İctimai Birliyinin nümayəndələri deyirlər ki, Birliyin Sumqayıt şəhəri, 21-ci məhəllədə yerləşən inzibati binası sökülüb və ərazi hasara alınaraq tikinti sahəsinə çevrilib.
Bildirilib ki, təşkilatın nümayəndələri həmin binada daimi fəaliyyət göstərməsələr də, vaxtaşırı əraziyə gəlib-gediblər. Sonuncu dəfə əraziyə baş çəkərkən binanın söküldüyünü və yerində tikinti işlərinin aparıldığını görüblər.
Məsələ ilə bağlı açıqlama verən MTK rəhbəri isə bildirib ki, hazırda 21-ci məhəllədə aparılan işlər sakinlərin müraciətləri əsasında həyata keçirilən layihə çərçivəsində reallaşdırılır.
Layihəyə uyğun olaraq ərazinin abadlaşdırılması, istismar müddətini başa vurmuş yaşayış evlərinin sökülməsi və onların yerində müasir yaşayış kompleksinin inşası nəzərdə tutulur.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirilib ki, Azərbaycan Karlar Cəmiyyəti İctimai Birliyinin fəaliyyəti üçün qeyri-yaşayış sahəsi artıq müəyyənləşdirilib.
Qeyd olunub ki, yaxın günlərdə cəmiyyətin əməkdaşlarının fəaliyyəti və yerləşməsi üçün müvafiq yer təqdim olunacaq.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media


































































































