Uzun müddət belə oturmayın – Mütəxəssislərdən XƏBƏRDARLIQ

Uzun müddət belə oturmayın – Mütəxəssislərdən XƏBƏRDARLIQ

Hazırda oxunan: Uzun müddət belə oturmayın – Mütəxəssislərdən XƏBƏRDARLIQ

641873

Bir çox insan işləyərkən, istirahət edərkən və ya söhbət zamanı fərqinə varmadan ayağını digər ayağının üstünə aşıraraq oturur. Lakin fizioterapevtlər xəbərdarlıq edirlər ki, bu vəziyyətdə uzun müddət oturmaq əzələlərə və oynaqlara əlavə yük yarada bilər.

Bizim.Media xəbər verir ki, bu barədə “Huffington Post” nəşri məlumat yayıb.

 

Nyu-Yorkdakı “Mount Sinai” səhiyyə sisteminin fizioterapevti Valeri Rocers bildirib ki, bu oturuş bədəndə aldadıcı sabitlik hissi yaradır. Bir ayağın digərinin üzərinə qoyulması bədənin dik vəziyyətdə saxlanılması üçün gövdə əzələlərinin daha az işləməsinə səbəb olur. Nəticədə duruşu təmin edən əzələlər zamanla zəifləyə bilər.

 

“Orlando Health” müəssisəsinin fizioterapevti İtan Tripletin sözlərinə görə, bu vəziyyət çanağa qeyri-bərabər yük salır. Çanağın bir tərəfi bir qədər yuxarı qalxır və ağırlıq omba, bel və boyun əzələləri arasında qeyri-bərabər paylanır. Bədənin bu tarazlığı kompensasiya etməyə çalışması isə xroniki ağrılara yol aça bilər.

Araşdırmalar göstərir ki, ayaqları çarpazlayaraq oturmaq arterial təzyiqin müvəqqəti yüksəlməsinə də səbəb ola bilər. Buna görə həkimlər təzyiq ölçülməzdən əvvəl hər iki ayağın yerə qoyulmasını tövsiyə edirlər. Bununla belə, bu oturuşla hipertoniya xəstəliyinin inkişafı arasında əlaqə müəyyən edilməyib.

 

Mütəxəssislər limfedemadan əziyyət çəkən şəxslərin isə daha diqqətli olmasını məsləhət görürlər. Çünki damarların sıxılması mayenin normal axmasına mane ola bilər. Fizioterapevtlər vurğulayırlar ki, oturmaq üçün ideal bir vəziyyət yoxdur. Əsas problem uzun müddət hərəkətsiz qalmaqdır.

 

Luisvil Universitetinin fizioterapevti Rayan Qalvin bədən vəziyyətini mütəmadi dəyişməyi və hər 30 dəqiqədən bir ayağa qalxmağı tövsiyə edir. Onun sözlərinə görə, uzun müddət eyni vəziyyətdə qalmaq oynaqların və əzələlərin uyğunlaşmasına, duruş pozuntularına, eləcə də başın ekranlara doğru əyilməsi nəticəsində yaranan “texnoloji boyun” sindromuna səbəb ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO