Dağıstanın Azərbaycanla həmsərhəd 5 rayonunda karantin elan edildi – FOTO

Dağıstanın Azərbaycanla həmsərhəd 5 rayonunda karantin elan edildi – FOTO

Hazırda oxunan: Dağıstanın Azərbaycanla həmsərhəd 5 rayonunda karantin elan edildi – FOTO
641824
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dağıstanın Azərbaycanla həmsərhəd beş rayonunda qəhvəyi mərmər bağacığına qarşı karantin zonası yaradılıb.

Bu barədə Bizim.Media-ya Şimal xəbərləri qəzetinin redaktoru Müqəddəs Mehdiyev məlumat verib.
 

Bildirilib ki, Dağıstanın cənubunda yerləşən Məhərrəmkənd, Dərbənd, Süleyman Stalski, Tabasaran və Xiv rayonlarında təhlükəli zərərverici olan qəhvəyi mərmər bağacığının aşkarlanması ilə əlaqədar karantin-fitosanitar zonası müəyyən edilib.


Qeyd edək ki, qəhvəyi mərmər bağacığı Azərbaycanın sərhədyanı Xaçmaz və Qusar rayonlarında da geniş yayılıb. Ən kritik vəziyyət Xaçmaz rayonunda müşahidə olunur.

Zərərvericilər evlərə və məktəblərə dolur, sakinlər isə bu çağırılmamış qonaqlardan primitiv üsullarla yaxa qurtarmağa çalışırlar.

Aidiyyəti dövlət qurumları zərərvericiyə qarşı mübarizə tədbirlərini davam etdirir.

Dağıstanın Azərbaycanla həmsərhəd 5 rayonunda karantin elan edildi – FOTO - foto 1
Dağıstanın Azərbaycanla həmsərhəd 5 rayonunda karantin elan edildi – FOTO - foto 2
Dağıstanın Azərbaycanla həmsərhəd 5 rayonunda karantin elan edildi – FOTO - foto 3

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO