Azadlıq prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi – FOTO

Azadlıq prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi – FOTO

Hazırda oxunan: Azadlıq prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi – FOTO

641813

Bakının Azadlıq prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil edilib.

Bu barədə Bizim.Media-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
 

Bildirilib ki, velosiped və skuterlərdən istifadə edən hərəkət iştirakçılarının rahatlığını təmin etmək üçün Dilarə Əliyeva və Xaqani küçələri arasında təşkil olunan zolaq 28 May, Nizami və Xaqani küçələrindəki zolaqları daha bir istiqamətdən əlaqələndirib.


Mikromobillik zolağı çəkilən zaman prospektdə zolaqların eni standartlara uyğunlaşdırılıb və sayı sabit saxlanılıb.
 

Ərazidə müvafiq yol nişanları quraşdırılır. Yaxın günlərdə təhlükəsizlik sədlərinin quraşdırılması həyata keçiriləcək.


Hazırda mikromobillik zolaqlarının uzunluğu 67,8 kilometrə çatdırılıb. Şəhər konsepsiyası çərçivəsində mikromobillik zolaqları şəbəkəsi genişləndiriləcək.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO