"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament"in detalları AÇIQLANDI

"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament"in detalları AÇIQLANDI

Hazırda oxunan: "Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament"in detalları AÇIQLANDI

641812

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin hazırladığı, Nazirlər Kabinetinin ötən həftə təsdiq etdiyi "Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" bir sıra qabaqcıl ölkələrin müvafiq sahədəki təcrübəsi və qanunvericiliyin tələbləri nəzərə alınmaqla hazırlanıb.

Bizim.Media Dövlət Agentliyinə istinadən xəbər verir ki, sənəddə oyuncaqlara dair konstruksiya, material, kimyəvi, fiziki-mexaniki, elektrik və gigiyenik göstəricilər üzrə məcburi tələblərin tətbiqi, bazara buraxılmazdan əvvəl oyuncaqların akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən müvafiq sxemlər üzrə məcburi sertifikatlaşdırılması və uyğunluq nişanı ilə nişanlanması nəzərdə tutulub.
 

Texniki Reqlament istehlak bazarının təhlükəli oyuncaqlardan qorunmasına kömək etməklə yanaşı, istehlakçılarını çaşdıra biləcək hərəkətlər və haqsız rəqabət hallarının aradan qaldırılmasını təmin edəcək, 14 yaşına qədər uşaqlar üçün nəzərdə tutulan oyuncaqları əhatə edir və dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minir.


Qüvvəyə mindikdən sonra Texniki Reqlamentin tələblərinə uyğun olmayan və ya həmin sənəddə nəzərdə tutulmuş üsulla uyğunluğu qiymətləndirilməmiş oyuncaqları istehsal etmək, satışa çıxarmaq, satmaq, idxal etmək və ya istifadə etmək qadağandır.

Texniki Reqlament onun qüvvəyə minməsindən əvvəl idxal olunan, ölkədə istehsal olunan və dövriyyəyə buraxılan, habelə istifadədə olan oyuncaqlara və ona əlavə edilmiş siyahıda oyuncaq sayılmayan məhsullara, fərdi sifarişlə hazırlanmış oyuncaqlara və sərgi nümunələrinə şamil edilmir.

Agentlik Texniki Reqlamentin yaxın gələcəkdə qüvvəyə minməsi ilə əlaqədar oyuncaqların istehsalı, idxalı və satışı ilə məşğul olan təsərrüfat subyektlərini öz fəaliyyətlərini bu Texniki Reqlamentin tələblərinə uyğunlaşdırmağa çağırır.

Texniki Reqlamentin tətbiqi ilə bağlı hər hansı suallar yarandığı təqdirdə, təsərrüfat subyektləri qurumun internet səhifəsi (//www.competition.gov.az) və yaxud elektron poçt ([email protected]) vasitəsilə müraciət edilə bilərlər.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO