Binə qəsəbəsində illərlə kanalizasiya gözləyirdilər, indi isə su xətti gözləyirlər – FOTO

Binə qəsəbəsində illərlə kanalizasiya gözləyirdilər, indi isə su xətti gözləyirlər – FOTO

Hazırda oxunan: Binə qəsəbəsində illərlə kanalizasiya gözləyirdilər, indi isə su xətti gözləyirlər – FOTO
636958
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının Binə qəsəbəsində yerləşən "Bakaftomat" yaşayış massivində illərdir gözlənilən kanalizasiya xətti çəkilsə də, sakinlər hələ də içməli su problemindən əziyyət çəkirlər.

Evlərindən cəmi 5-10 metr məsafədə su xəttinin keçməsinə baxmayaraq, sakinlər ona qoşula bilmirlər və qurumlardan hər dəfə "bir az gözləyin" cavabını alırlar.

Bizim.Media xəbər verir ki, yerli sakin Maya Məmmədova bildirib ki, bütün yay boyu içməli suyu maşınlarla almalı olublar və yağış yağdıqca su da bulanıq gəlir.
 

Bir maşın su maksimum on günə bitir və istifadədən əvvəl onu qaynatmaq lazım gəlir. Kanalizasiya çəkilməzdən əvvəl hər yağışda evləri su basan sakinlər indi də su probleminin həlli üçün instansiyalara müraciət edirlər.


Yeri gəlmişkən, İri Şəhərlərin Su Təchizatı Xidmətindən "haqqin.az"a bildirilib ki, mərkəzləşdirilmiş içməli su şəbəkəsi olmayan ərazilərdə tikinti işləri mərhələli şəkildə həyata keçirilir və qeyd olunan ünvanda da su kəməri plana uyğun olaraq mərhələli şəkildə çəkiləcək.

Binə qəsəbəsində illərlə kanalizasiya gözləyirdilər, indi isə su xətti gözləyirlər – FOTO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO