Qumbara partlayışı nəticəsində ölən Xədicə idmançı imiş

Qumbara partlayışı nəticəsində ölən Xədicə idmançı imiş

Hazırda oxunan: Qumbara partlayışı nəticəsində ölən Xədicə idmançı imiş

636871

Ötən gün Xırdalanda qumbara partlayışı nəticəsində həyatını itirən 2007-ci il təvəllüdlü Mustafayeva Xədicə Vüsal qızı idmançı olub.

Bizim.Media “moder.az”a istinadla xəbər verir ki, 19 yaşlı gənc idmanın kikboksinq növü ilə məşğul olub və bir sıra turnirlərin qalibi adını qazanıb.

Məlumata görə, X.Mustafayeva partlayışdan öncə ailə üzvlərinə məktub yazıb.

Qeyd edək ki, hadisə ötən gün səhər saatlarında qeydə alınıb.

Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasının partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO